SON XƏBƏR

120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul başladı (VİDEO)

Avqust 11
00:29 2020
Bu gündən başlayaraq avqustun 24-dək peşə təhsili pilləsinə tələbə qəbuluna başlanılır. 

Baku TV xəbər verir ki, ilk dəfə qəbul olmaq istəyənlər qebul.vet.edu.az platforması üzərindən elektron qaydada qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edənlər ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər olmalıdır. Bu il üçün qəbul planına 18260 yer ayrılıb. Bunlardan 11040 yer dövlət, 7220 yer isə ödənişli əsaslarladır. 

Ümumilikdə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. İlk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Bu il, həmçinin pilot layihə olaraq yüksək texniki peşə təhsili üzrə qəbul həyata keçiriləcək və ən əsası bu istiqamətdə təhsil alan tələbələrə subbakalavr peşə ixtisas dərəcəsi veriləcək. 

Nazirlər Kabinetinin qərarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin I, II və III dərəcə əlilliyi olanlar, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Həmçinin  2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil xərcinin yarısı da dövlət hesabına qarşılanacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook