SON XƏBƏR

"1xBet” insanları necə "soyur“? - ŞİKAYƏT

Yanvar 16
21:06 2021
Azərbaycanda son illər internet üzərindən gizli, qanunsuz mərc oyunları həyata keçirən şirkətlərin sayı artmaqdadır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qanunsuz olaraq müxtəlif yollarla Azərbaycan ərazisində fəaliyyət göstərirlər. 
 
Belə şirkətlərdən biri də "1xBet" bukmeyker kontorudur. 
 
Bu şirkətin dələduz fəaliyyətinə rast gələn vətəndaş başına gələnlər haqqında bunları yazır:

""1XBet” kimi qayda-qanun saymayan kontor görməmişəm. 18.01.2019-cu ildə 20.01-də olacaq idman hadisəsinə pul qoydum. Elə 18-i axşam hesabımın bloklanması və pulun müsadirə olunması haqda məktub aldım. Özü də nəhəng məbləğ qoymuşdum! Yəni heç oyun olmamış pulum əlimdən çıxdı.

Sadəcə, ədəbsizlər! Əlbəttə, məktubda yazırlar ki, mənim bir neçə hesabım var, pul qoyuluşunu özüm etməmişəm. Qurama bəhanədi! Hesab həmişə eyni olub və qaydalar əsasında oynamışam. Onu da da yazırlar ki, şirkətə müraciət etməyin faydası yoxdu”.
 
"1XBet kontoruna pul yatırdım və pul qoyuluşu etməyə başladım. Bir neçə dəfə uduzandan sonra bu nəticəyə gəldim ki, bu iş mənlik deyil, qalan pullarımı adı çəkilən kontordan götürməyim məsləhətdi.

Bu niyyətlə də Dəstək Xidmətinə məktub göndərdim. Dəstək Xidməti də öz növbəsində mənə cavab yazdı ki, sənədlərin yoxlanılması üçün Təhlükəsizlik Xidmətinə yazım. Bu Xidmətə yazdığım məktuba aldığım cavabla tanış olun: "

Bəli, hər şey düzdü. Pasportunuzun şəklini (1-ci səhifə və arxası, eləcə də qeydiyyat yeri), həmçinin kartınızın hər iki üzünün fotosunu təqdim etməyiniz vacibdi”.
Bir sözlə, indi yalnız əlacım pulu məhkəmə yolu ilə qaytarmağa qalıb. Ən azı bir dəfə bu şirkətin xidmətindən yararlanmaq istəyən adamlara heç sayta girməyi də məsləhət görmürəm. Sonrakı peşmançılıq fayda vermir”.

Şirkət xəbərə münasibət bildirməyib.  





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook