SON XƏBƏR

Cəlilabad-Yardımlı yolunda körpü uçdu

Aprel 25
16:22 2019
Bir neçə gün öncə qəzalı vəziyyətə düşən Cəlilabad-Yardımlı avtomobil yolunun üzərində yerləşən körpüdə nəqliyyat vastələrinin hərəkəti tamamilə çətinləşib.

Qlobal.az baku.ws-ə istinadən xəbər verir ki, körpünün əsas hissəsi uçduğundan yolun yalnız bir metr eni qalıb.

Hazırda yük avtomobilləri yoldan keçə bilmir. Yerli sakinlərin sözlərinə görə, biçin mövsümünə hazırlıq üçün kənd təsərrüfatı texnikaları Yardımlı ərazisinə keçə bilmirlər.

Müvafiq qurumlar tərəfindən əraziyə çay daşları töklüsə də, xeyir olmayıb.

Sözügedən körpünün tamamilə yenidən qurlmasına ehtiyac var.

Qeyd edək ki, İntensiv yağan yağıntılar nəticəsində Cəlilabadın Buravar kəndindəki avtomobil yolu üzərində körpü sel sularının təsirindən uçmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook