SON XƏBƏR

"Turan TV"nin əməkdaşı Almaniyadan deportasiya olunub

İyun 12
00:23 2019
Fransada fəaliyyət göstərən "Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.

"Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

"Turan TV”də yayımlanan "Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook