SON XƏBƏR

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Oktyabr 31
15:40 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn” tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Qlobal.az xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn” tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook