SON XƏBƏR

3 ay əvvəl yaranan şirkət elmi-tədqiqat işi aparacaq – Şübhəli tender

Aprel 07
12:00 2021
Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi "Elson AZ” MMC olub.

Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu "Məsafədən zondlama üsul və vasitələrinin neft qaz sənayesində yaranan ekoloji və nasazlıq problemlərinin həll edilməsində tətbiqi məsələləri”  mövzusunda elmi – tədqiqat işi üçün "Elson AZ” MMC-yə 24 min 900 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu üçün elmi-tədqiqat işi aparacaq "Elson AZ” MMC cəmi 3 ay əvvəl – 11.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan "Elson AZ” MMC-nin hüquqi ünvanı "Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”də yerləşir. MMC-nin qanuni təmsilçisi Qarayev Seymur Vəliy oğludur.

Maraqlı məqamlardan biri də odur ki, "Elson AZ” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yanvar ayının 11-də daha 13 şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

"Elson AZ” MMC ilə birgə "Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub. 

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 3 ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin elmi-tədqiqat işini hansı təcrübə və peşəkarlıqla icra edəcəyi sahib olacağı aydın deyil.

Onu da bildirək ki, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu ötən ay keçirilən tender müsabiqəsində qalib olan "Sanafen Constraksen” MMC-yə cari təmir üçün 44 min 830 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "Sanafen Constraksen” MMC də 5 ay əvvəl – 16.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan "Sanafen Constraksen” MMC-nin hüquqi ünvanı "Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Sabir Şamil oğludur.

Maraqlı məqamlardan biri də odur ki, "Elson AZ” MMC kimi "Sanafen Constraksen” MMC-nin də dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə yüzlərlə şirkət qeydiyyata alınıb və bu şirkətlərin bəzilərinin qanuni təmsilçiləri də eyni şəxslər olub.

(Yeniavaz.com)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook