SON XƏBƏR

50 min şagirdin imtahanı necə olacaq? – Ekspertdən təklif

Mart 06
11:41 2020
"Orta məktəblərdə mart ayı ərzində keçiriləcək imtahanların vaxtı dəyişməlidir”.

Bunu Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mart ayına təyin olunan imtahanları aprel ayına keçirməklə problemi həll etmək mümkündür:

"Məktəbdəki dərs günlərinin əvəz edilməsində ciddi problem olmayacaq. Problem Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanlarla bağlı olacaq. DİM-in keçirdiyi imtahanlarda 50 min nəfər iştirak edir. İmtahanlar orta məktəb binalarında keçirilir. Mart ayı ərzində keçiriləcək imtahanların vaxtının dəyişməsi mümkündür. Bu, ancaq DİM-in öncədən müəyyən etdiyi imtahan qrafiklərinə təsir göstərəcək. Amma mart ayına təyin olunan imtahanları aprel ayında keçirməklə problemi həll etmək mümkündür”.

Kamran Əsədov qeyd edib ki, tətil günlərinin sayının artması, aprel, may, iyun və iyul aylarında nəzərdə tutulan kütləvi imtahanların vaxtının təyin olunmasında ciddi dəyişikliyə səbəb olacaq:

"Bu məsələdə isə imtahanlar arası vaxtların azaltmaqla problemdən çıxmaq olar. Bundan əlavə, IX və XI siniflər üçün imtahanları eyni gündə keçirməklə yaranacaq sıxlıığı aradan qaldırmaq mümkindir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook