SON XƏBƏR

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

Aprel 19
13:41 2021
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Qlobal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. 1978-ci il təvəllüdlü A.Məhərrov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook