SON XƏBƏR

ABŞ-da etirazçılar konqresə soxuldu (VİDEO)

Yanvar 07
02:17 2021
ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə başa çatmış nəticələrinə etiraz olaraq aksiyaya başlayıblar.
 
Qaynarinfo-nun xarici mediaya istinadla verdiyi xəbərə görə, onlar Konqresin binasına girdilər.
 
Konqresin xüsusi mühafizə xidməti binaya girməyə çalışan etirazçılara qarşı silahla qarşılayaraq, qarşısını almağa çalışıb. Konqresmenlər zaldan çıxarılıb.
 
Paralel olaraq, ABŞ prezidenti Tramp Kapitoli qarşısında etiraz aksiyası keçirən tərəfdarlarına müraciət edib.
 
Prezident aksiya iştirakçılarını təmkinli olmağa çağırıb:
 
"Kapitolidə olanları dincliyi saxlamağa çağırıram. Heç bir zorakılıq olmamalıdır! Unutmayın, biz qanun və qayda partiyasıyıq. Qanuna və mavi geyimdə olan qüdrətli qadın və kişilərimizə hörmət edin. Sağ olun!”
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook