SON XƏBƏR

ABŞ nüvə sualtı qayığından 4 ballistik raket buraxdı

Sentyabr 07
10:32 2019
Amerika Birləşmiş Ştatları "Trident II D5” nüvə raketinin növbəti sınaqlarını keçirib.

"Report” bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında məlumat verilib.

Qeyd olunub ki, dörd silahsız nüvə raketi Ohayo tipli "Nebraska” (SSBN 739) nüvə sualtı qayığından buraxılıb. Təlimlər Cənubi Kaliforniya sahillərində baş tutub.

Sınağın ikisi sentyabrın 4-də, qalanları isə 6 sentyabr tarixində olub.
Bildirilib ki, manevrlər "dünyada baş verən hadisələrə reaksiya” olaraq deyil, strateji sistemlərin xüsusiyyətlərini qiymətləndirmək və yoxlamaq üçün aparılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook