SON XƏBƏR

ABŞ prezidenti İsrailin yeni baş naziri ilə telefonla danışıb

İyun 14
03:17 2021
ABŞ prezidenti Co Baydenlə İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.

"Report”un məlumatına görə, bu barədə Ağ ev xəbər yayıb.
 
Qeyd olunub ki, telefon danışığında regional çağırışlarda əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Tərəflər, komandalarının İran da daxil olmaqla bütün regional təhlükəsizlik məsələlərində yaxından məsləhətləşəcəkləri barədə razılığa gəliblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook