SON XƏBƏR

ABŞ ÜST-ə büdcə ayırmağı dayandırdı

Aprel 15
11:29 2020
ABŞ prezidenti Donald Tramp yeni növ koronavirus pandemiyasının sürətlə yayılmasına görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) günahlanıdırıb və quruma büdcə ayırmağı dayandırdıqlarını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın Çin üçün çalışdığını iddia edən Ağ Ev rəhbəri qurum daxilində hansı oyunların getdiyindən hər kəsin xəbərdar olduğunu bildirib. O, bu qərarı qəbul edərkən administrasiyasının ÜST-ün epidemiya məsələsini örtbasdır etməsini araşdırdığını sözlərinə əlavə edib.

ABŞ-ın ildə ÜST-ə 400-500 milyon dollar büdcə ayırdığını dilə gətirən ABŞ prezidenti bunun qarşılığında Çinin isə 40 milyon xərclədiyini deyib.

Tramp həmçinin qeyd edib ki, ÜST üzərinə düşən əsas öhdəlikləri belə yerinə yetirməyib və Çində epidemiya ilə bağlı geniş təhqiqat aparmayıb. Pandemiya ilə mübarizədə gec addım atılmasının bütün dünya üçün böyük zaman itkisi olduğunu vurğulayan ABŞ prezidenti təşkilatın çinli həkimlərin ortadan yox olmasına da səssiz qaldığını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook