SON XƏBƏR

ABŞ və Fransanın Qarabağla bağlı bu tələbi Lavrovu şoka saldı

Noyabr 17
16:32 2020
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin Qarabağla bağlı razılaşmanın təfərrüatları barədə Vaşinqtona məlumat vermək lazım olması haqda açıqlamasını eşitməyin onu çox təəccübləndirdiyini, bu tələbin çox qəribə olduğunu etiraf edib. 

Qaynarinfo xəbər verir ki, Lavrov onsuz da təfərrüatların artıq diplomatik kanallarla onlara bildirildiyini xatırladıb. Onun sözlərinə görə, bu cür açıqlamalar onları səsləndirənlərin məlumatsızlığını göstərə bilər. 

"Bu cür tələblər sadəcə anlaşılmazlıqların nəticəsi də ola bilər" deyə Lavrov qeyd edib.

Lavrov əlavə edib ki, Amerika tərəfinə hər şey barədə Dövlət katibinin müavini səviyyəsində məlumat verilib. Bununla belə, Dövlət Departamentinin rəhbəri Mayk Pompeo artıq uzunmüddətli xarici səfərdədir.

Fransa da müqavilənin təfərrüatlarının açıqlanmasını istəyib. Lavrov son on gündə Rusiya Federasiyası və Fransa prezidentlərinin Qarabağ məsələsini iki dəfə ətraflı müzakirə etdiklərini xatırladıb. Nazirin özü də bu mövzuda fransız həmkarı ilə təxminən bir saat danışıb.

Bundan bir qədər əvvəl məlum olub ki, ABŞ Dövlət Departamenti Rusiya hakimiyyət orqanlarının Dağlıq Qarabağdakı hərbi münaqişəyə son qoymaq üçün üçtərəfli razılaşmanın təfərrüatlarını açıqlayacağını gözləyir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook