SON XƏBƏR

““Abxaziya”dan Qarabağa gələn ermənilər Rusiya vətəndaşı olan terrorçulardır”

Noyabr 07
11:47 2020
"Abxaziya "prezidenti”nin beynəlxalq əlaqələr üzrə köməkçisi Axra Avidzba öz "Facebook” səhifəsində 23 nəfərdən ibarət birinci qrup abxaz könüllülərinin qondarma "DQR”-a yola düşdüyünü yazıb.

Mətnə Soçi hava limanında Avidzbanın özünün və erməni icmasının rəhbəri Qalust Trapizonyanın da iştirakı ilə 23 nəfərin şəkilləri əlavə olunub”.

Cebhe.info xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Partiya sədri əlavə edib ki, Qarabağda terrorçu axtaranların gözü bunu görmür:

"Cəhənnəmə xoş gəldiniz! Hamınız it kimi gəbərəcəksiniz. Fransa Prezidenti Makron, Rusiya Prezidenti Putun, XI naziri Lavrov və diğər muzdlu-terrorçu axtaran cənablar, buyurun bu da sizə muzdlu terrorçular. Bundan əvvəl Fransadan, Livandan, İraqdan və s. ölkələrdən Ermənistanın muzdlular gətirməsi barədə faktlar var idi. Buyurun, bu da yenisi.

Nəzərə alaq ki, Abxaziyada yaşayanların həm də Rusiya pasportları var, bu da sizə Rusiya vətəndaşları olan muzdlu terrorçular. Əgər sizdə hüquqa azca hörmət varsa, öz qanunlarınıza uyğun bu muzdlu terrorçular barədə tədbir görün. Əks halda Azərbaycan əsgəri gərəyini yapacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook