SON XƏBƏR

Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama

May 20
01:14 2020
"Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər".

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:

"Açıq havada, daha ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook