SON XƏBƏR

Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Aprel 07
14:19 2021
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər.

"Report” xəbər verir ki, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub.

Qeyd edək ki, səfərdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili və digər din xadimləri iştirak edir.

Səfər davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook