SON XƏBƏR

Ağdamda gənc oğlan güllələnib

Dekabr 05
11:33 2019
Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb.

Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Mübahisənin borc üstündə düşdüyü bildirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook