SON XƏBƏR

AFFA-nın gəlir və xərcləri açıqlandı

Mart 04
10:45 2019
AFFA-nın ötən il üçün gəlir və xərcləri açıqlanıb.

Bu barədə qurumun Hesabat Konfransında təqdim olunan Maliyyə və Mühasibat Departamentinin 2018-ci il üçün hesabatında bildirilib.

Ötən il milli assosiasiyaya 25 milyon 456 min 685 manat vəsait daxil olub. Bu məbləğin 11 milyon 50 min 500 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın payına düşür. Vəsaitin 3 milyon 54 min 145 manatı UEFA-dan, 4 milyon 173 min manatı milli komandanın yayım hüququndan, 3 milyon 404 min 162 manatı FIFA-dan, 2 milyon 909 min 172 manatı "AzərİdmanServis" şirkətindən, 172 min 726 manatı "Bakcell"dən, 118 min manatı "Paşa Sığorta"dan, 53 min 100 manatı "Boulevard Hotel"dən, digər 521 min 880 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

Qurumun xərcləri isə umumilikdə 20 milyon 201 min 286 manat təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook