SON XƏBƏR

Agentliyin sözçüsü: Bakıda məmur nəvəsi məktəbə "oxrana" ilə gəlir

Dekabr 22
03:17 2019
"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir".

Bunu tanınmış jurnalist, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz facebook səhifəsində yazıb.

A.Nəcəfli əlavə edib ki, bu digər uşaqların da tərbiyəsinə mənfi təsir göstərir:

"Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar!!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!!” – A.Nəcəfli qeyd edib.

Jurnalist məktəbin nömrəsini qeyd etməyib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook