SON XƏBƏR

Ağır yaralı olan qazimizin atası: “Savadsızam, sözümü deyə bilmirəm...”

Yanvar 07
15:56 2021
"Beyninin içində yara vardı, o sağalıb, amma gözləri qalıb. Görüb-görməməsi ilə bağlı bizə heç bir məlumat verilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında 20 yaşlı qazi Bəhmənın atası Natiq Musayev deyib. Ata oğlunun noyabrın 4-dən xəstəxanada olduğunu vurğulayıb:
"İki gün bundan öncə göz şöbəsinə keçiriblər. Həkimlər deyir ki, gözünün birini bərpa eləmək mümkündür. İki gözü də zədələnib. Biri ciddi zədə alıb, biri yüngülvarı... Mən oğlumu bir aydır ki, görmürəm, görüş vermirlər".

Qazi atası oğlunun Ağdam rayonunda yaralandığını deyir:

"Qəlpə yarası alıb. Bu gün bizə məlumat veriləcək ki, onun müalicəsi Azərbaycanda mümkündür, ya yox. Oğlumla telefonla danışıram. Nə vaxt zəng etsəm deyir, "yaxşıyam".
 


Natiq Musayev deyir ki, işsizdir və bununla əlaqədar Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müsbət cavab almayıb:

"Bir dəfə rayon İcra Hakimiyyətindən pay gətiriblər, başqa heç kim maraqlanmayıb. Nə deyə bilərəm, bizim sözümüzü eşitmirlər. Aztəminatlı ailəyik, işimiz yox. Heç bir yerdə işləmirəm. Bir dəfə rayon İcra Hakimiyyətinə müraciət elədim, dedilər, "yanvarda sizi işlə təmin edəcəyik". Telefon nömrəmi götürdülər, amma hələ heç bir xəbər yoxdur. Ailədə 4 nəfərik. Yaxın qohumlarım bir ay bundan öncə deputat Qənirə Paşayevaya müraciət edib, kömək istəyiblər. Sağ olsun, deyib "dövlətin qeydiyyatındadır, nəzarət altındadır, yaxşı olacaq". Hamı da deyir, Allah kömək olsun. Bizim də savadımız yoxdur, savadlı adam lazımdır, adi bir icra nümayəndəsinə sözümü deyə bilmirəm. Yalandan boş vədlər verirlər. İki il bundan əvvəl müraciət elədim, işsiz adamam, qaz, su, işıq pulu verməliyəm. Kimə üzümü tutsam, "yaxşı olacaq" deyib keçirlər. İşsizlərə verilən 190 manat yardımı da ala bilmədim. Ərizə yazdım, cavab da vermədilər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook