SON XƏBƏR

Akif Əlizadə: Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir

Dekabr 18
11:23 2018
"İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”. Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
 
A.Əlizadə bildirib ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirib ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.
 
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Ölkəmiz informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı internet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutur. Bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır. Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, - deyə A.Əlizadə vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook