SON XƏBƏR

Akim Bədəlovun Türkiyə və Almaniyada biznesi - SƏNƏDLƏR

Avqust 06
06:55 2020
"Ötən il ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun şirkətləri Azərbaycan və Gürcüstanla məhdudlaşmır, sabiq məmurun ailə üzvləri Türkiyə və Almaniyada da iri biznes qurublar”.

Bunu tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib. 

O deyib ki, Akim Bədəlovun Bəşir Səfəroğlu küçəsi 7/36-da qeydiyyatda olan həyat yoldaşı Akifə Mövsümova 2011-ci il fevralın 9-da İstanbulda Mehmet Düşkün adlı Türkiyə vətəndaşı ilə birgə HAZARTÜRK İNŞAAT VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni təsis edib. "Bu şirkət 1991-ci ildə Qarakənd üzərində ermənilər tərəfindən vurulmuş vertolyotda faciəli şəkildə həlak olmuş keçmiş dövlət katibi Tofiq İsmayılovun yaratdığı və sonradan Bədəlovların ələ keçirdiyi şirkətin Türkiyə uzantısıdr. Şirkət İstanbul Ticarət Sicili Memurluğunda 160 min lirə nizamnamə kapitalı ilə İnönü Mahallesi Cumhuriyet Caddesi No.79/2 ŞİŞLİ ünvanında qeydiyyata alınıb. Sənədlərə görə, "HAZARTÜRK"ün 142.500 lirəlik hissəsi ilə 75 faizi keçmiş agentlik rəhbərinin həyat yoldaşına məxsusdur. Tikinti sektorunda fəaliyyət göstərən şirkətdəki hissələri idarə etmək üçün Akifə Mövsümova Cəlal Məmmədov adlı şəxsə vəkalət verib”. 

Onun araşdırmasına görə, Akim Bədəlov həyat yoldaşının adına Almaniyada da biznes qurub. Belə ki, Berlində fəaliyyət göstərən ABMA GmbH-nin (Akim Bədəlov və Mövsümova Akifə ad-soyadlarının abbreviaturasıdır) aktivləri 2012-ci ildə aktivləri 2.227.117 avro, 2018-ci ildə illik dövriyyəsi 672 702 dollar təşkil edib (https://www.dnb.com/business-directory/company-profiles.abma_gmbh.4a96dbdfa041c14625b1e207e1e48f47.html).

İcraçı direktoru Arifə Mövsümovanın Türkiyədəki şirkətinə vəkalətnamə verdiyi Cəlal Məmmədovdur. "Şirkətin web səhifəsində (https://abma-europe.com/) qeyd olunur ki, ABMA MDB ölkələrinə və Türkiyəyə alternativ enerji istehsalı texnologiyaları və bərpa olunan enerji komponentləri satmaqdan əlavə, daşınmaz əmlak biznesi və avtomobillərin satışı ilə məşğuldur”.

Cavanşir Həsənli qeyd edir ki, elə həmin mənbədən məlum olur ki, şirkətin üç fərqli ünvanda daşınmaz əmlakı var. "Bunlardan biri - Berlində, şirkətin hüquqi qeydiyyatda olduğu Otto-Suhr-Allee 121-də "Concorde" yataq mebel və dəstləri firmasına icarəyə verilmiş satış mərkəzi, digəri isə Drezdendə, Dölzschener Str.  47-də fəaliyyət göstərən HS Autopark avtomobil satışı və təmiri mərkəzi, üçüncüsü isə Drezdenin Mohorner Str.  21 ünvanındakı icarə məqsədli binadır. Satış üçün avtomobillər əsasən Avropa Birliyi ölkələrinin auksion mərkəzlərindən alınır”.

Araşdırmaçı jurnalist vurğulayır ki, Akifə Mövsümova Azərbaycanda qeydiyyatdan keçmiş "AZGÜNTEX" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. "AZGÜNTEX" MMC 2010-cu ilin dekabrında 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi Akif Bədəlovun qayınatası Şərif Möhsünovdur. Şirkət Sumqayıtdakı Azgüntex Günəş Modulları və Azgüntex LED Lampaları zavodlarını özündə birləşdirir. Günəş Modulları Zavodu 2012-ci il aprelin 24-dən günəş  panellərinin  istehsalı  ilə məşğul olur. Hələ o zaman Akim Bədəlov ölkə rəhbərliyinə "Azgüntex" MMC-də ildə 400 min panelin istehsalı vədini vermişdi”.
 
Qlobal.Az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook