SON XƏBƏR

“Akula Akif“lə adı hallanan iş adamı: "Prezidentin siyasətini dəstəkləmişəm“

Sentyabr 10
15:51 2020
"Qəribə bir vəziyyət yaranıb. Hansı iri məmur vurulursa, nədənsə mənim adımı maraqlı şəxslər və ya bəlli yazarlar mütləq şəkildə aparıb onlara bağlayırlar. Məni gah Eldar Mahmudovun, gah Ramiz Mehdiyevin adamı kimi təqdim edir, barəmdə "qara piar” kampaniyası aparırlar. Halbuki bu iddialar sadəcə içiboş, heç bir əsası olmayan fikirlərdir. Bu şər-böhtan atan "istedad sahibləri” son zamanlarda işdən çıxarılan digər nazirlərə mənim adımı calamağı nədənsə unudublar. Çox qəribədir ki, hal-hazırda işləyən nazirlərdən birinin də adamı kimi mənim adımı çəkmirlər".

Bu sözləri fəlsəfə elmləri doktoru, iş adamı Adəm İsmayılov qaynarinfo-ya açıqlamasında deyib.

Onun fikrincə, bu cür qarayaxma kampaniyası rəqiblərinin iqtisadi maraqlarından qaynaqlanır və heç bir faktiki əsası yoxdur: 

"Mən vətənimin, dövlətimin, ölkəmin taleyinə biganə ola bilmərəm, zaman-zaman baş verən hadisələrlə bağlı mövqeyimi ortaya qoyuram. Həmişə də ölkə prezidenti cənab İlham Əliyevin və I vitse-prezidentin dəsti-xəttini, dövlətçiilk siyasətini dəstəkləyirəm və dəstəkləyəcəyəm də. Mənim kimə bağlılığımı araşdıranların da bunu bilməsini istəyirəm.

Ramiz Mehdiyevlərin, Eldar Mahmudovların əsl siması artıq cəmiyyətə yaxşı məlumdur, bunlar haqqında danışmaq istəmirəm, indi hakimiyyətdə olan nazirlər də mənim üçün sadəcə dövlət məmurlarıdır". 

Adəm İsmayılov bundan sonra barəsində yazılacaq iftiralara  cavab verməyəcəyini bildirdi: "Mən bilirəm ki, haqqında mediada gedən son qarayaxma kompaniyası Ramiz Mehdiyev haqqında yazdığım təhlili-anlitik məqalələrlə bağlıdır. Kim nə yazır, yazsın,  dövlət orqanları və cəmiyyət kimin kim olduğunu, Azərbaycan ictimaiyyəti isə reket mətbuatının hansısa iş adamını, siyasətçini, ziyalını və ya hansısa məmuru niyə qaraladığını yaxşı bilir. Mənim kiminsə qarşısında verə bilməyəcəyim hesabatım yoxdur”.

Xatırladaq ki, Aydəm İsmayılovun adı ilk dəfə ölkə mətuatında sabiq MTN naziri Eldar Mahmudovun adamı kimi tanınan və iş adamlarına hədə-qorxu gələrək onlardan haqq alan, hazırda beynəlxalq axtarışda olan "Akula Akif" kimi tanınan Akif Mustafayevlə birlikdə hallanıb. Qeyd edək ki, Aydəm İsmayılov Fəlsəfə elmləri doktorudur. (Azfakt.com)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook