SON XƏBƏR

"Avto Galery" salonunun rəhbərliyi tərəfindən qanunsuz olaraq quraşdırılmış "pandus"lar sökülüb - RƏSMİ

Aprel 06
21:50 2021
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qarşısındakı piyada səkisi qanunsuz olaraq quraşdırılmış metal konstruksiyalardan təmizlənib. 
 
Bu barədə Qlobal.az-a Nərimanov rayon İcra Hakimiyyətindən məlumat verilib. 
 
Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Sadıqovun imzası ilə Qlobal.az-a göndərilən məktubda deyilir: 
 
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş, Milli Qəhrəman Albert Aqarunovun heykəli ilə üzbəüz yerləşən "Avto Galery" salonunun rəhbərliyi tərəfindən qanunsuz olaraq quraşdırılmış, metal konstruksiyalardan ibarət "pandus"un sökülməsinin zəruri olması ilə bağlı "Qlobal.az" xəbər saytından daxil olan məlumata baxılmışdır. 
 
Bununla bağlı bildiririk ki, rayonun ümumi görünüşünə və piyadaların sərbəst hərəkətinə maneçilik törədən metal qurğu dərhal ərazidən yığışdırılmış və ərazi nəzarətə götürülmüşdür".

 
Xatırladaq ki, bu ilin fevral ayının 8-də (https://qlobal.az/milli-qehremanin-heykeli-nundeki-sekini-kimler-zebt-edib-foto/javascript();#.YGyZuegzbIU) Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qarşısındakı piyada səkisinə "Avto Galery" salonu tərəfindən metal konstruksiyalar quraşdırıldığı barədə xəbər yayımlamışdıq. 
 
Məsələ ilə bağlı məlumat verən sakinlər səkiyə quraşdırılan konstruksiyaların piyadaların hərəkətinə maneçilik və təhlükə törətdiyini qeyd edirdilər. 
 

 

 


 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook