Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib
Yanvar 17
11:03
2020
Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib.
Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü S.Hacıyev 2018-ci ildən Ali Məhkəmədə fəaliyyət göstərir. Ali Məhkəmənin ən gənc hakimi olan S.Hacıyev daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hakimi (2010-2013) və Bakı Apellyasiya Məhkəməsinin hakimi (2013-2018) olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.