SON XƏBƏR

Allahla bağlı Rusiya Konstitusiyasına təklifin müzakirəsi davam edəcək

Fevral 03
20:28 2020
Kremlin sözçüsü Dmitri Peskov Allah adının Konstitusiyada xatırladılması məsələsini səlahiyyətli şəxslərə çatdırıb. 

Qaynarinfo xəbər verir ki, o bu haqda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O, Rus Pravoslav Kilsəsinin təşəbbüsünün Əsas Qanuna düzəlişlərlə bağlı işçi qrup tərəfindən müzakirə edilməli olduğunu qeyd edib.

"Bu məsələ işçi qrup tərəfindən müzakirə edilməlidir", - Peskov deyib.

O, əlavə edib ki, bu komissiya elə bütün təklifləri qəbul etmək və onları müzakirə etmək, habelə ekspert rəyi vermək məqsədi ilə yaradılıb.
Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri müfti Əlbir Krqanov hesab edir ki, "Rusiyanın tarixi, vətənpərvər və mənəvi təməli” olaraq ənənəvi dinlərə Rusiya Federasiyası Konstitusiyasının preambulasında yer verilməlidir.

Daha əvvəl isə Patriarx Kirill Rusiya qanunlarına mövcudluğu Rusiya Federasiyasının əksər vətəndaşları tərəfindən tanınan Tanrı haqqında bir qeyd əlavə etməyi təklif edib.

Dövlət Duması sədrinin dövlət quruculuğu və qanunvericilik məsələləri üzrə birinci müavini Mixail Yemelyanov belə bir şeyin mümkün olduğunu qeyd etsə də, xatırladıb ki, Konstitusiyanın 14-cü maddəsində kilsənin dövlətdən ayrıldığı haqda bənd var, buna görə heç bir dinin rəsmi dövlət dini olaraq qəbul edilə bilmədiyini vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook