SON XƏBƏR

Almaniyada Misir üçün cəsusluq edən şəxs saxlanıldı

İyul 10
13:23 2020
Almaniyada Misir çün cəsusluq etməkdə şübhəli bilinən bir şəxsə qarşı istintaq başladılıb.

Qaynarinfo xəbər verir ki, bu, Alman Daxili Kəşfiyyat İdarəsinin 2019-cu ilə dair hesabatında əks olunub. Hesabatı daxili işlər naziri Horst Seehofer ictimaiyyətə açıqlayıb.

Qalmaqalın ortaya çıxmasından sonra prokurorlar dekabrdan etibardən icra tədbirləri almağa başlayıblar.

Rəsmilər Misirin bu ölkəyə sığınan müxaliflərini izləmək məqsədilə bəzi şəxsləri təlimatlandırdığını ehtimal edirlər. İstintaq davam etdiyi üçün şəxsin kimliyi və fəaliyyəti barədə təfərrüatlar açıqlanmayıb. Eyni zamanda onun Misirə hansı informasiyaları ötürdüyü də bildirilməyib.

Federal Respublika Prokuroru adı açıqlanmayan şəxsin cəsusluqda ittiham edildiyini və istintaqın aparıldığını təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook