SON XƏBƏR

Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu

Dekabr 02
15:28 2016
Rusiyalı müğənni Alsu Azərbaycan prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnıya çəkilən klipini təqdim edib.
 
Rusiya KİV-i yazır ki, "Gedib bir az ağlayım” ("Я пойду чуть-чуть поплачу”) adlanan mahnının musiqisi Nigar Çəndirli və Dmitri Klimaşenkoya məxsusdur.
 
Klipin rejissorları Mariya Unjakova və Pavel Sidorovdur. Ekran işi ağ-qara fonda lentə alınıb.
 
Qeyd edək ki, Alsu 3-cü dəfə ana olduqdan sonra səhnə fəaliyyətinə ara vermişdi. Bu, ifaçının yaradıcılğına fasilə verdikdən sonra ilk işidir.(oxu.az)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook