SON XƏBƏR

"Amrahbank"ın sahibləri də Milli Məclisə iddialıdır

Yanvar 15
21:15 2020
Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri Yusif İldırımzadənin qardaşı oğlu, "Amrahbank"ın ASC-də Müşahidə Şurası sədrinin problemli kreditlər üzrə müşaviri Ülvi İldırımzadə də növbədənkənar parlament seçkilərinə qatılıb.

O, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Sözügedən dairədən Yeni Azərbaycan Partiyasını İmanverdi İsmayılov təmsil edib və hazırda da partiya tərəfindən onun namizədliyi irəli sürülüb.
 
Hazırda rəqiblər arasında ciddi çəkişmənin getdiyi iddia olunur. Həmin dairədən ümumilikdə 29 nəfər namizədliyini irəli sürüb. 

"Amrahbank"ın ASC isə İldırımzadələrə məxsusdur. Belə ki, Bankın Müşahidə Şurasının sədri İldırımzadə Yunis Əli oğludur. O, Ülvi İldırımzadənin atasıdır. 
 
Mənbə: Arqument.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook