SON XƏBƏR

Anar Əsədli Zəngilan və Qubadlılara çağırış etdi - MƏTN

Fevral 22
09:19 2020
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli seçicilərinə müraciət edib. 

Deputatlığa namizəd feysbuk səhifəsində yazıb:

"Günlərdir Zəngilan və Qubadlıdan olan seçicilərimiz parlament seçkilərində 125 saylı DSK üzrə seçkinin nəticəsinə etiraz edir, bu narahatlıqlarını bölüşmək, apardığımız mübarizəyə dəstəklərini ifadə etmək üçün sosial media hesablarımızda yazır, zəng edirlər. Biz hadisələrin mərkəzində olub, hüquqi mübarizəmizin müsbət nəticəsinə inansaq da, prosesi kənardan izləyən seçicilərimizi arqumentlərimiz, cavab mesajlarımız, onları səbrli olmağa dəvət etməyimiz, çağırışlarımız qane etməyə bilir. Biz hər birinizin haqlı etirazınızı, səbirsizliyinizi anlayırıq, sizin haqqınız oğurlanıb, səs vermədiyiniz, millət vəkili kimi görmək istəmədiyiniz bir şəxs saxta üsullarla lider namizəd elan edilib.

Üstəlik, nəticənin ləğvi ilə bağlı araşdırma prosesi uzun çəkdi ki, bu da sizin təmkininizi qorumağınıza mane olur. Buna görə də belə qərara gəldik ki, hər birinizi seçki qərargahımıza dəvət edək və canlı ünsiyyət quraq, fikir mübadiləsi aparaq. Çünki bu, bizim birgə mübarizəmizdir və biz birlikdə qazanacağıq! Buna inanaraq, sizi bu gün (22 fevral) saat 15:00-da qərargahımızda gözləyəcəyik.

Ünvan: Yasamal rayonu, İnşaatçılar prospekti 12. ("Olimp" marketin arxası)

Əlaqə nömrəsi: 070-358-00-64".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fevralın 20-də keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 məntəqəsi ləğv edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook