SON XƏBƏR

Aprel ayında Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulacaq –Bununla bağlı hazırlıq aparılır

Fevral 22
14:30 2019
"İlkin hesablamalara görə, əhalinin sayı martın sonu və ya aprelin əvvəlində 10 milyon nəfərə çatacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Komitə sədri bildirib ki, əhalinin sayında tədricən artım qeydə alınır. Hər ay Statistika Komitəsi tərəfindən əhalinin sayı açıqlanır: "İlkin hesablamalara görə, ölkədə 10 milyonuncu sakin martın sonu və ya aprelin əvvəlində qeydə alınacaq. Bununla bağlı müvafiq tədbirlər görüləcək. Həm Ədliyyə və Səhiyyə nazirlikləri, həm də Dövlət Miqrasiya Xidməti ilə birgə bu barədə tam uçot aparılacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook