SON XƏBƏR

Argentinalı merin Putinin portreti ilə peyvənd olunması səbəbi məlum oldu

Mart 05
08:52 2021
Argentinanın Roke Peres şəhərinin meri Xuan Karlos Qasparini bildirib ki, Rusiya prezidenti Vladimir Putinin portreti ilə koronavirusdan peyvənd olunması argentinalıların xilası üçün minnətdarlığın ifadəsi üsulu olub.

Bu barədə "Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Mer qeyd edib ki, bununla Rusiya liderinə onun "Argentina üçün etdiyinə görə” təşəkkürünü bildirmək istəyib.

"Bu vaksin nə qədər həyat xilas etdi? Bu, hörmət haqqını vermək üsulu idi", - Qasparini deyib.

Qeyd edək ki, ötən gün Buenos-Ayres əyalətinin Roke Peres şəhərinin meri Vladimir Putinin portreti ilə COVID-19-dan peyvənd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook