SON XƏBƏR

Arzu Rəhimovun qurumunda biabırçılıq... - Gözləri 15 faiz görən gənci əsgər aparıblar

İyul 25
13:51 2019
Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə apardılar.

Qlobal.az xəbər verir ki, bu haqda Bizimyol.info-ya hərbi xidmətə çağrılan Abdıyev Rəşid Abdı oğlunun yaxınları məlumat veriblər. Onlar bildirirlər ki, 2001-ci il təvəllüdlü Abdıyev Rəşid abdı oğlu bugünlərdə hərbi xidmətə aparılıb. Xidmətə aparılması ilə bağlı ona bir gün öncə xəbər edərək sabahsı gün aparıblar.

Lakin məsələnin maraqlı tərəfi isə xidmətə aparılan gəncin gözlərində olan problemdir. O Miofiya Miofik Astiqmatizm xəstəliyindən əziyyət çəkir, gözlərində isə 15 faiz görmə qabiliyyəti var.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə informasiya sorğusu göndərilsə cavab verilməyib.
 
Qlobal.az 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook