SON XƏBƏR

Aşıq Ulduz vəfat etdi - Nəşi Azərbaycana gətirilə bilmir

May 22
15:51 2020
Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

Qlobal.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook