ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib
İyun 04
21:06
2021
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.
"Report”un məlumatına görə, bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.
"Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbər dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.
ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.