SON XƏBƏR

ATƏT sədrindən cəbhədəki vəziyyətlə bağlı bəyanat

İyul 15
09:16 2020
"Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram”.

Bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabitlləşdirmək üçün səy göstərir. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.

ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: ""Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook