SON XƏBƏR

"Avromed"in baş direktorunun həyat yoldaşı da "maska əməliyyatı"nda saxlanılıb

Mart 11
19:28 2020
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) xüsusi əməliyyatı nəticəsində saxlanılan tibbi maskaları real dəyərindən dəfələrlı baha qiymətə satışını həyat keçirməyə cəhd edən dəstə ilə bağlı yeni məlumat yayılıb.
 


Qlobal.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu həbs həyata keçirilən zaman yayılan rəsmi informasiyada maska "tacir”lərinin 1 milyon maskanı hansı şirkətdən əldə etməsi haqda heç bir məlumat yox idi. Bu da ictimaiyyətdə xeyli suallara səbəb olmuşdu. 

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, saxlanılanlardan biri olan Riad Məmmədov "Avromed” şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır. Həmçinin bildiirilir ki, Riad Məmmədov da bu sahəyə yad adam deyil. O, həmçinin aptek müdiridir.  

"Avromed”ə gəlincə, bu şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. O, parlamentin oliqarx deputatlar kateqoriyasına aid edilir.

Daha bir məlumata görə isə saxlanılanların içərisində daha iki məşhur dərman idxalı şirkətinin əməkdaşı var. 
 
Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də REAL TV-yə müsahibə verərək, ölkədə yaranan maska qıtlığından danışaraq, bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi. O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riad Məmmədov bir milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq, qıtlıq yaratmaqda ittiham edilir.



 



 

 





  

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook