SON XƏBƏR

“Avromed”in rəhbəri vəzifəsindən azad olundu (FOTO)

Mart 12
19:06 2020
"Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

"Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın "Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, – deyə şirkət bəyan edib.

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.

Deputat Cavanşir Feyziyevə məxsus olan "Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook