SON XƏBƏR

AXC-nin elan olunduğu bina bərpa edilir

Fevral 05
15:08 2020
"Tbilisidəki Gənclər Sarayı və Kadetlər Korpusunun binaları tam bərpa olunacaq”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, hər iki binanın bərpası 2021-ci ildə başa çatdırılacaq və layihənin dəyəri 25 milyon lari təşkil edəcək.

K.Kaladze qeyd edib ki, Gənclər Sarayının binası ilə yanaşı, tikilidəki zallarda da bərpa işləri aparılacaq.

Mer deyib ki, yaxın gələcəkdə tender elan olunacaq: "Gənclər Sarayının tarixi görkəmi qorunub saxlanacaq və binanın həyəti da yenilənəcək, yaşıllıqlar salınacaq. Binanın bərpa işlərinə 17 milyon lari vəsaitin xərclənməsi nəzərdə tutulub".

Qeyd edək ki, Gənclər Sarayı kimi fəaliyyət göstərən binada 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook