SON XƏBƏR

Axtarışa verilən şəxsin Əli Həsənova və Abdin Fərzəliyevə hədiyyə etdiyi villa - FOTO

Sentyabr 18
00:56 2020
"Nərimanov rayonu, Murtuza Nağıyev və İsmayıl Hidayətzadə küçəsində yerləşən Şəkərbala uşaq bağçası ilə üzbəüz olan park zəbt edilib, xeyli sayda ağaclar kəsilib və orda 2 villa tikilib. Biri Nərimanovun icrabaşı Abdin Fərzəliyevə, digəri isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsusdur”.
 
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Həbib Müntəzir yayıb.

"Tikintiyə də Əli Həsənovun şöbəsinin işçisi olan, həm də Abdin Fərzəliyevin bacısının əri olan Nəsimi nəzarət edirdi. Hər ikisini də Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənov tikdirib və onlara hədiyyə edib. Evin sənədləri isə Əli Həsənovun oğlu Şamxalın adınadır. Ərazi 20 sotdur, özü də parkın içində qanunsuz tikilib. 4 mərtəbəli ağlaylı villadır. Hər iki villa sökülməlidir və park əvvəlki vəziyyətinə qayıtmalıdır.

Əli Həsənov demişdi ki, sübut eləsəm bağışlayacaq. Buyursun, inkar edə bilirsə etsin, yoxsa bağışlasın, burda da burcutmasın”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook