SON XƏBƏR

Aylıq 130 manata ev almaq istəyənlərdən tələb olunan sənədlər açıqlandı — VİDEO

Aprel 29
10:29 2017
Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən oldu.

Qlobal.az xəzərxəbər-ə istinadla məlumat verir ki, sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılıb. Həmin kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq "güzəştli mənzili kim ala bilər?" və "tələb olunan sənədlər" keçidləri vasitəsilə tanış olmaq mümkündür.
 
Güzəştli mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.
 
Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işlərini də tamamlamaq üzrədir.
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook