SON XƏBƏR

Azad olunan ərazilərdə sərhədçilərin vaksinasiyasına başlanıldı

Mart 06
12:52 2021
İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

İlk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.

Vaksinasiya prosesi Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanasında aparılıb.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook