SON XƏBƏR

Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”

Fevral 22
12:48 2020
"Uşaqlarıma tapşırmışam ki, 80 yaşımda Parlament seçkilərində namizədliyimi irəli sürmək istədiyimi görsəniz, telefonu əlimdən alın və qapını da çöl tərəfdən qıfıllayın ki, çıxa bilməyim”.

AzToday.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, bloger və teleaparıcı Azər Qərib "Facebook” səhifəsində yazıb.

"Tənqid obyektinə çevrilməyimə icazə verin, mənim uğurlarım kimi yox, seçilmiş qalmaqallar kimi nəticələrin ləğv olunduğu insanların yaddaşında qalmağıma icazə verməyin. İnsanların səni qınayacağını və qınayacağını izah et, hara baxdığın deyirlər.

"Qoymayın məni qinaq obyektinə çevirilməyə, qoymayın insanların xatirəsində nailiyətlərimlə deyil, seçki qalmaqalları, ləğv edilmiş nəticələr ilə qalım. Anlatın ki, insanlar sizi də günahlandıracaqlar, sizi də qınayacaqlar ki, bəs siz hara baxırdınız. Anlatın mənə ki, hörmətsiz deputat olmaqdansa, hörmətli aqsaqqal kimi qalmaq daha yaxşıdır. Nəvələrim böyüsün, onlara da tapşıracam…”, – o yazıb.
 
Qeyd etmək yerinə düşər ki, Azər Qərib hansı namizədi nəzərdə tutduğunu göstərməyib, amma demək olar, 80 yaşı olan yeganə namizəd 23 saylı Nəsimi-Səbail seçki dairəsində ən çox səs toplayan Ziyad Səmədzadədir.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 20-də keçirilən iclasında Ziyad Səmədzadənin ən çox səs toplayaraq Zaur Darabzadəni qabaqladığı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən daxil olan müraciətlər müzakirə edilib. Onu da qeyd edək ki, Azər Qəribin oğlu – Şaiq Qəribzadə Zaur Darabzadənin seçki qərargahının sədridir.

Şikayətlərə baxıldıqdan sonra bu dairədəki 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğvi barədə qərar qəbul edilib.
Fevralın 9-da Azərbaycanda Milli Məclisdə növbədənkənar seçkilər keçirilib.

1314 namizəd seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib; 246 namizəd 19 siyasi partiya, 11 namizəd təşəbbüs qrupları tərəfindən, 1 057 namizəd isə fərdi qaydada namizədliyini irəli sürüb.
 
Seçki günü ərzində ölkənin 125 seçki dairəsində 5 573 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Səsvermə prosesini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152 nəfəri siyasi partiyaların nümayəndələri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook