SON XƏBƏR

Azərbaycan daha bir ölkə ilə hava sərhədlərini açır

Fevral 19
15:27 2021
"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.

Bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook