SON XƏBƏR

Azərbaycan hərbçisinin meyiti neytral ərazidən götürüldü

Fevral 20
11:06 2020
Beynəlxaql Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin meyitinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhəddində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində neytral ərazidə tapılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook