SON XƏBƏR

Azərbaycan koronavirus peyvəndi üçün ilkin ödəniş edib

Dekabr 23
01:29 2020
"Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib. Onlardan biri çoxtərəfli platformadır. GAVİ (Qlobal vaksinasiya və immunizasiya) adlanan alyans mövcuddur. Həmin alyans bu il təxminən may ayında COVAX adlı təsisat yaradıb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın”. "Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan da özünü maliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulub: "Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun ictimaiyyətə nəzarət şurasının toplantısında da məruzə etmişik və şura üzvlərinin rəyi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində Azərbaycana gələn il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq”.

TƏBİB sədri əlavə edib ki, bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8 vaksini ön plana çıxıb: "Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir. Vaksinlərin əldə olunması növbəti ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook