SON XƏBƏR

Azərbaycan neftinin 1 barelinin qiyməti 75,5 dolları ötüb

Avqust 24
08:11 2018
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 75,60 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,75 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 22-də 70,76 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 22-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook