SON XƏBƏR

Azərbaycan Ordusu S-300 “Favorit” kompleksləri ilə məşqlərə başlayıb - VİDEO

Aprel 13
15:23 2020
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

S-300 "Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook