SON XƏBƏR

Azərbaycan öz ərazisində süni demoqrafik mühəndisliyə izn verməyəcək - Deputat

Yanvar 21
15:43 2021
"Azərbaycan öz ərazisində süni demoqrafik mühəndislik aparılmasına əsla izn verməyəcək”.
  
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, əgər bu prosesdə kimsə süni demoqrafik mühəndislik etmək niyətinə düşürsə, ciddi səhfə yol verir və Azərbaycan əsla buna izin verməz:  

"Döğrudur, vətən müharibəsi dövründə Qarabağımızı tərk edən erməni icma nümayəndələrinin geri dönməsi məsələsi 2020-ci ilin noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda öz əksini tapıb. Ancaq nəzərə almaq lazımdır ki, bu, həmin bəyanatda bütün məcburi köçkünlərin eyni zamanda geri qaytarılması kontekstində təsdiq edilib. Ona görə də müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra şübhəsiz ki, azərbaycanlı məcburi köçkünlər də münaqişənin başladığı vaxta qədər yaşadıqları ərazilərə qayıdacaqlar”. 

Hikmət Babaoğlu Azərbaycanın 27 sentyabra, 44 günlük zəfər müharibəmizə qədər Dağlıq Qrabağda nə qədər erməni icma mənsublarının yaşadığı haqda məlumatlı oldğunu vurğulayıb:  

"Onların sayı təqribən 60-65 min ətrafında olub. Ona görə də daha artıq əhalinin zorla burada məskunlaşdırılması real görünmür, ayrıca mümkün də deyil. Döğrudur, müxtəlif qeyri-ciddi subyektlər, hətta sövet dövrü rəqəmlərinə istinad edərək müxtəlif şişirdilmiş rəqəmlər səsləndirilər. Ancaq hazırda istər demoqrafik, istərsə də hərbi-siyasi reallıq tamamilə fərqlidir və hər şey bu reallıqlar çərçivəsində həll olunacaqdır”. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağa qaytarılan ermənilərin sayını açıqlayıb. Bu günə kimi ümumilikdə 50 000-dən çox erməni Dağlıq Qarabağa qaytarılıb.  


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook