SON XƏBƏR

Azərbaycana avtomobil idxalı ötən il 65% artıb

Yanvar 14
10:58 2020
2019-cu ildə Azərbaycana 47 710 ədəd avtomobil idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 65,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, ötən il ölkəyə 43 156 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici 2018-ci illə nisbətdə 65% artıb.

Bundan başqa, 2019-cu ildə ölkəyə 3 780 ədəd (2018-ci illə müqayisədə 64,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 547 ədəd (artım təxminən 84,1%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 227 ədəd (artım 72%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook